Kriştiano Ronaldo Əl-nass” ilə bu gün müqavilə imzalayır

Kriştiano Ronaldo Əl-nass” ilə bu gün müqavilə imzalayır

Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası ilə razılaşan portuqaliyalı futbolçu Kriştiano Ronaldo bu gün keçiriləcək imza mərasimi üçün paytaxt Ər-Riyada gəlib.

Klubdan verilən açıqlamada müqavilə imza mərasiminin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Mrsool Park stadionunda keçiriləcəyi bildirilib.

SİA-nın məlumatına görə, 37 yaşlı Ronaldo əvvəllər “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”da çıxış edib.

2021-ci ildə “Mançester Yunayted”ə qayıdan portuqaliyalı futbolçunun müqaviləsi məşqçi Erik ten Haq ilə arasında fikir ayrılıqları səbəbindən keçən ay ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə