“Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını “Neftçi”də davam etdirə bilər.
SİA-nın məlumatına görə, 25 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.
Keçidin qış tranfer pəncərəsi zamanı baş tutacağı gözlənilir.
“Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatacaq.
O, Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB