Luis Suares Braziliya klubunda

Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, 35 yaşlı futbolçu karyerasını “Qremio”da davam etdirəcək.

Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə ikiillik müqavilə imzalayıb.

Suares ötən ilin yayından Uruqvay “Nasional”ında çıxış edirdi. Onun bu klubla müqaviləsi ilin sonunadək idi.

Bütün xəbərlər Facebook səhifəmizdə