Səudiyyə Ərəbistanının “Əl-Nassr” (Al Nassr) komandası portuqaliyalı futbolçu Kriştiano Ronaldonu (Cristiano Ronaldo) heyətinə qatıb. SİA bu rus saytlarına istinadən xəbər verir.
Klubdan verilən açıqlamada azad oyuncu Ronaldo ilə müqavilə imzalandığı bildirilib.
Səudiyyə Ərəbistanı mətbuatında müqavilənin 2025-ci ilə qədər davam edəcəyi, Ronaldonun illik maaşının 75 milyon avro olacağı, təcrübəli futbolçunun illik məvacibinin kommersiya razılaşmaları ilə 200 milyon avroya çatacağı yazılır.
Xatırladaq ki, 37 yaşlı Ronaldo İngiltərənin “Mançester Yunayted” (Manchester United), İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” (Juventus) futbol komandalarında oynayıb. 2021-ci ildə "Mançester Yunayted"ə qayıdan portuqaliyalı futbolçunun müqaviləsi menecer Erik ten Haq ilə fikir ayrılıqlarından sonra 2022-ci ilin noyabr ayında ləğv edilib.
“İlin futbolçusu” olaraq 5 dəfə “Qızıl top” əldə edən Kristiano Ronaldo 5 dəfə UEFA Çempionlar Liqası, 7 dəfə isə İngiltərə, İspaniya və İtaliya liqalarında çempion olmaqla 30-dan çox kubok əldə edib.
Karyerasında 800-ü keçən və 5 mundialda qol vuran yeganə futbolçu olan Ronaldo Portuqaliya millisinin heyətində 196 matçda 118 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB