Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gecə vəfat edən Pele haqqında paylaşım edib. SİA xəbər verir ki, Tvitter səhifəsində paylaşım edən Ərdoğan futbol kralının ölümündən təəssüfləndiyini bildirib.
“Dünya futbolunun ən böyük adlarından biri olan Pelenin ölümü məni təəssüfləndirdi. Əfsanəsi olduğu Braziliya xalqının böyük dərdinə ürəkdən şərik olur, ailəsinə, azarkeşlərinə və bütün idman dünyasına başsağlığı diləyirik”, - Ərdoğan qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB