Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "Əl-Nəsr"lə (Səudiyyə Ərəbistanı) müqavilə imzalayıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiya" telekanalı məlumat yayıb. 37 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Onun yeni klubunda ilinə 200 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Ronaldo noyabrda "Mançester Yunayted"dən ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB