"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubunun yeni dördüncü kapitanı təyin edilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Hazırda "Barselona"nın kapitanları yarımmüdafiəçi Serxio Buskets, müdafiəçilər Serji Roberto və Xordi Albadır. Daha əvvəl ördüncü kapitan isə noyabrda futbolçukaryerasını başa vuran Jerar Pike olub.
Qeyd edək ki, Ter Ştegen 2014-cü ilin yayından "Barselona"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB