“Tottenhem” “Barselona”dan Frank Kesseni almaq istəyir

“Tottenhem” “Barselona”dan Frank Kesseni almaq istəyir

Bu arada SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Tottenhem” yarımmüdafiəçi Frank Kessen üçün təkliflə “Barselona”ya müraciət edib.

Deyilənlərə görə, Britaniya klubu 26 yaşlı futbolçu üçün 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edtmək lazımdır ki, kataloniyalılar maaş cədvəlini bir az boşaltmaq istəyirlər. Onlar bunun üçün Memfis Depayın satışını gözləyirlər. Amma nədənsə, Depay üçün hələ də alıçı tapılmır?

Amma maraqlıdır ki, deyilənlərə görə, Kesse “mavi qranat” düşərgəsini tərk etmək istəmir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə