"Sabah” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

"Sabah” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

“Sabah” futbol klubu müdafiəçisi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. SİA kluba istinadla xəbər verir ki, millimizin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilədəkdir.

A.Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Müdafiəçi “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə