Onu gərək ki, bizlərdə belə deyirlər də... buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
Gərək ki, xəbəriniz olar, Avropa futbolundan qovulan Rusiya Rusiya Futbol İttifaqı indi də Asiya Futbol Konfederasiyasına “qatılmaq” istəyir.
SİA bununla bağlı rusiyalı idman şərhçisi Vasili Utkinin fikirlərinə diqqət çəkir.
“Açıq məktub üçün mövzum yoxdur, amma mövqeyimi açıq bildirəcəyəm. Uşaqlar, siz Asiyaya gedirsiniz, mən isə UEFA-da qalıram. Mən indi bu qərarı verirəm. Mən burada böyümüşəm, bu komandaları, bu dünyanı və məkanı sevirəm. Və belə bir hiss var ki, mən buna çox vaxt qənaət edəcəyəm”.
Qeyd edək ki, Utkin bunu YouTube kanalının efirində deyib.
Xatırladaq ki, bir müddət əvvəl, Rusiya Rusiya Futbol İttifaqının UEFA-dan çıxmaq və Asiya Futbol Konfederasiyasına keçmək məsələsi ilə bağlı icraiyyə komitəsinin səsverməsini təxirə salmaq qərarına gəlib.
Təxirə salınma Rusiyanın Asiya Futbol Konfederasiyasına potensial keçidi ilə bağlı əlavə məsləhətləşmələrə ehtiyacla bağlıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB