Sevgilisi Ronalduya görün nə hədiyyə etdi - FOTO

Sevgilisi Ronalduya görün nə hədiyyə etdi - FOTO

Kriştianu Ronaldunun model sevgilisi Corcina Rodrigez Milad bayramı münasibətilə futbolçuya yeni “Rolls Royce” hədiyyə edib. SİA xəbər verir ki, portuqaliyalı oyunçu bu barədə “Instagram” hesabında bildirib.

O “Hekayə” bölməsində böyük qırmızı lentlə bağlanmış avtomobilin fotosunu yerləşdirib və “Təşəkkür edirəm, sevgim” sözlərini yazıb.

Sözügedən avtomobil modelinin qiyməti 460 min dollardan başlayır.

Corcina və Ronaldo 2016-cı ildən biryerdədirlər. Rodriges 2017-ci ilin payızında Ronaldunun qızı Alananı dünyaya gətirib. 18 aprel 2022-ci ildə Rodrigezin bir oğlan və bir qız əkiz dünyaya gətirdiyi, ancaq oğlanın sağ qalmadığı məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə