İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, çempionluğa ənənəvi namizədlərdən sayılan “Liverpul” “Aston Villa”nın qonağı olub. Mersisaydlılar rəqiblərinə aman verməyiblər. Ev sahiblərinin gücü buraxılan üç qoldan yalnız birinin əvəzini çıxmağa yetib - 1:3.
Bu il zəif çıxışı ilə yadda qalan “Lester” doğma divarlar arasında böyükhesablı məğlubiyyətlə üzləşib. Belə ki, mövsümün sürpriz komandası “Nyukasl” ev sahiblərinin qapısından 3 cavabsız top keçirib - 0:3. Bu nəticəsən sonra qonaq komanda turnir cədvəlində ikinci sıraya yüksəlib.
Turun bu gün baş tutan digər matçlarında “Brentford” ev oyununda “Tottenhem”lə sülh bağlayıb – 2:2, “Fulhem” “Kristal Pelas”ı (0:3), “Brayton” isə “Sauthempton”u (1:3) səfərdə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB