"Barselona" artıq Frenkie de Yonqu satmaq fikrində deyil. Kataloniyalılar və baş məşqçi Xavi şəxsən hollandiyalıya Serxio Busketsin əvəzedicisi kimi baxırlar. Buna görə də klub rəhbərliyi daha Frenkiyə maaşın azaldılması ilə razılaşmağı təklif etmir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yayda “Barselona” maliyyə vəziyyətini yaxşılaşdırmaq və Bernardo Silva üçün pul tapmaq üçün De Yonqu satmaq istəyirdi.
Amma bütün bunlara baxmayaraq, belə görünür ki, “Mançester Yunayted”in Frenkini transfer etməyə çalışmağa davam edəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB