“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubun bu mövsüm kuboklar qazanmaq üçün hər şeyi etməyə çalışacağını bildirib.
“Biz həmişə qalib gəlməyə çalışırıq və mümkün olan bütün titulları qazanmaq üçün hər şeyi edəcəyik. Bizim super yaxşı komandamız var və hər şeyin yaxşı olacağına şübhəm yoxdur.
Mən şəxsən özümü çox yaxşı və çox balanslı hiss edirəm. Özümü yaxşı hiss edirəm, xoşbəxtəm. Komanda çətin vəziyyətdə olanda kömək etmək üçün orada olmağı xoşlayıram”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Mark-Andre ter Ştegen deyib.
Xatırladaq ki, “Barselona” İspaniya çempionatının 14 turunda 37 xal toplayıb və turnir cədvəlində birinci yeri tutur, ikinci yerdə qərarlaşan "Real Madrid"i iki xal qabaqlayır. Avropa Liqasının 1/16 final mərhələsində Xavinin komandası "Mançester Yunayted"lə qarşılaşacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB