Formula-1 yarışlarının keçirilməsi ilə bağlı müqavilə uzadıla bilər - MƏTBUAT KATİBİ AÇIQLADI

Formula-1 yarışlarının keçirilməsi ilə bağlı müqavilə uzadıla bilər - MƏTBUAT KATİBİ AÇIQLADI

"Formula-1 yarışlarının müqaviləsinin uzadılması ilə bağlı hal-hazırda danışıqlar gedir. Amma bununla bağlı hələ yaxın günlərdə bir məlumatın olacağı gözlənilmir". Bu sözləri SİA-ya açıqlamasında "Formula1" Azərbaycan Qran Prisi-2023 yarışının mətbuat katibi Turab Teymurov bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı məlumat olan kimi ilk öncə media qurumlarına məlumat verəcəklərini bildirib. Mətbuat katibi qeyd edib ki, yeni müqavilənin imzalanması ilə bağlı razılıq əldə olunarsa bu barədə xəbər media nümayəndələri üçün təşkil olunacaq mətbuat konfransında açıqlanacaq.

O, həmçinin bildirib ki, "Formula-1" yarışları artıq 4 ildir ki, ölkəmizdə keçirilir. İlk dəfə 2016-cı ildə keçirilən yarışlarda biz gördük ki, ölkəmizə nə qədər turist axını oldu. Biz bununla bağlı ilk 4 il keçirilən yarışların hesabatını hazırlamışıq. Daha doğrusu biz yox dünyaca məşhur bir audit şirkəti hazırlayır bu hesabatı və onlar özləri bu hesabatı təsdiq edir və sübut da edirlər ki, Azərbaycana birbaşa və dolayı yolla gələn gəlir 500 milyon dollardan çoxdur. Bundan əlavə otelçilik sektorunuda götürsək görərik ki, həm yarışlardan əvvəl həm də yarışlar zamanı otellərdə yerlər dolur və bu da bizim turizm sahəsinə çox böyük yüksəlişə gətirib çıxarır. Ümid edirk ki, daha uzun illər "Formula-1" ölkəmizdə keçiriləcək və biz də bu yarışlara ev sahibliyi edə biləcəyik".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə