Azərbaycanın MMA döyüşçüsü Əli Quliyev növbəti qələbəsini qazanıb. SİA-nın xəbərinə görə, Azərbaycanın MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının üzvü Almaniyada "Brave 68" turnirində gücünü sınayıb.
Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi braziliyalı Jefferson Oliveira ilə qarşılaşıb və ikinci raundda texniki nokautla qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB