“Barselona”nın “toxunulmazları”...

“Barselona”nın “toxunulmazları”...

Kataloniya “Barselona”sında yaxın vaxtlarda mütləq ayrılmayacaqları futbolçuların adını çəkiblər.

SİA-nın əldə etdiyi məlumata görə, toxunulmazlar siyahısına 6 futbolçu daxil edilib. Söhbət hücumçular Ansu Fati, Robert Levandovski, yarımmüdafiəçilər Qavi və Pedri, eləcə də müdafiəçilər Jül Kunde və Ronald Arayuxodan gedir.

Bununla yanaşı, qeyd etmək yerinə düşərdi ki, daha əvvəl başqa bir KİV-də “Mavi qarnet”lərin Fatini satmaq qərarına gəldiyi və onun transferi üçün qiymət müəyyən etdiyi barədə məlumat yayılıb.

Xatırladaq ki, İspaniya çempionatında 14 turun yekunlarına görə, “Barselona" 37 xal toplayıb və turnir cədvəlində liderdir. Xavi Madrid "Real"ını iki xal qabaqlayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə