Bu arada “Real Madrid” hazırkı baş məşqçi Karlo Ançelottinin gedişinə yavaş-yavaş hazırlaşmağa başlayır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, potensial varislərin qısa siyahısında beş mütəxəssisin adı var. “Kral” klubunun sükanı arxası vəzifəsinə namizədlər bunlardır: Julian Nagelsmann (Bavariya), Tomas Tuçel (işsiz), Xabi Alonso (“Bayer”), Raul Qonzales (“Kastilla”) və Alvaro Arbeloa (“Real Madrid”in gənclər komandası).
Qeyd edək ki, Ançelottinin Madrid nəhəngi ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Onu da qeyd edək ki, 63 yaşlı mütəxəssisin “Real”la yeni müqavilə imzalamaması ehtimalı var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB