"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in futbolçusu Elçin Əlicanov "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XVIII tur oyununda qırmızı vərəqə alıb.

SİA-nın məlumatına görə, 23 yaşlı müdafiəçi 57-ci dəqiqədə əllə oynadığı üçün meydandan qovulub.

Daha əvvəl ilk hissədə "qartallar"ın iki oyunçusu eyni halla üzləşib.

Qeyd edək ki, hazırda Gəncə təmsilçisi 2:1 hesabı ilə öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə