Türkiyə Super Liqasının 15-ci turunda "Trabzonspor" "Fənərbağça"nı qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, 57-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulan Migel Krespo "sarı-lacivərtlər"i azlıqda qoyub. Trabzon təmsilçisi Maksi Qomes və Trezegenin qolları sayəsində rəqib üzərində 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 19 xal toplayan "Fənərbağça" hazırda turnir cədvəlində liderdir. 1 oyun az keçirən "Qalatasaray" 27 xalla ikinci, "Başakşehir" isə eyni xalla üçüncüdür.
"Trabzonspor" - "Fənərbağça" 2:0
Qollar: Maksi Qomes, 61. Trezege, 90+11.
Qırmızı vərəqə: Migel Krespo, 57. ("Fənərbağça")
Qolları Telegram kanalımızdan izləyə bilərsiniz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB