"Qarabağ"dan üçüncü qol, "Qəbələ" "Turan Tovuz"la heç-heçə etdi - Yenilənir

"Qarabağ"dan üçüncü qol, "Qəbələ" "Turan Tovuz"la heç-heçə etdi - Yenilənir

Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Qəbələ" evdə "Turan Tovuz"la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Günün digər oyununda isə "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gəlir.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

24 dekabr (şənbə)

17:30. “Səbail” – “Qarabağ” - 0:3 (İkinci hissə)

Qol: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
“ASCO Arena”.

15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0
Hakimlər
: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu.

25 dekabr (bazar)

15:00. “Zirə” – “Kəpəz”
Hakimlər:
Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu.

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 15 2 0 45-8 47
2 Sabah 18 13 4 1 40-13 43
3 Neftçi 18 12 2 4 35-19 38
4 Zirə 17 8 3 6 18-22 27
5 Qəbələ 18 7 4 7 20-18 25
6 Turan Tovuz 18 4 5 9 11-22 17
7 Şamaxı 18 2 7 9 14-28 13
8 Sumqayıt 18 2 6 10 10-30 12
9 Kəpəz 17 2 5 10 14-33 11
10 Səbail 17 2 4 11 13-27 10

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 14 qol
Musa Qurbanlı ("Qarabağ") - 12 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol

Bütün xəbərlər Facebook səhifəmizdə