"Çelsi"nin yarımmüdafiəçisi zədəsini sağaltmaqda davam edir

"Çelsi"nin yarımmüdafiəçisi zədəsini sağaltmaqda davam edir

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante dizindən zədəsini sağaltmaqda davam edir. SİA jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, onun meydançaya qayıtması fevralın sonunda gözlənilir.

Kante sonuncu dəfə avqustun 14-də meydana çıxıb. O, İngiltərə Premyer Liqasının ilk iki turunda iştirak edib. Fransa millisinin üzvü zədə səbəbindən 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatını buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə