“Barselona” ədalətli oyun qaydalarına riayət etmək üçün media studiyası “Barca TV”-yə əlavə hüquqlar satmağı düşünür.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalist Viktor Mallo Tvitter hesabında məlumat verib.
Xatırladaq ki, yay transfer pəncərəsində “Barselona” “maliyyə rıçaqlarını” aktivləşdirməyə məcbur olmuşdu: müəyyən məbləğ müqabilində o, gələcək ödənişlərini televiziya yayımlarından əldə etdiyi gəlirlərə, habelə media xidmətinə olan hüquqların bir hissəsini satmışdı.
Bu mövsüm İspaniya çempionatında keçirdiyi 14 matçda "Barselona" 37 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşan "Real Madrid"i iki xal qabaqlayaraq birinci yeri tutur. Avropa Liqasının 1/16 final mərhələsində İspaniya klubu “Mançester Yunayted”lə qarşılaşacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB