AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - FOTOLAR
Dekabrın 23-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. SİA xəbər verir ki, rəsmi nümayəndələrin iştirak etdiyi mərasimdə AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən “20 il inkişafda” adlı kitabın təqdimat mərasimi keçirilib.
Sonda çıxış edənlər AGF-nin yubileyi ilə bağlı öz təbriklərini çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə