“Barselona” Asensionu istəyir?

“Real Madrid”in yarımmüdafiəçisi Marko Asensio hələ də klubun qeydiyyatını dəyişə bilər. “Diari Ara” nəşri xəbər verir ki, futbolçu Kataloniya “Barselona”sının maraq dairəsində qalır.

SİA-nın əldə etdiyi məlumata görə, “Barselona” Asensionun “Real Madrid” ilə müqaviləsi ətrafında vəziyyəti izləməyə davam edir. Tərəflərin razılığı 2023-cü ilin iyun ayına kimi hesablanıb və əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar dalana dirənib.

Qeyd olunur ki, agent Asensio “Barselona” rəhbərliyi ilə yaxşı münasibətdədir. Məhz bu da Markonun Kataloniya klubuna keçmə ehtimalını artırır.

Xatırladaq ki, Asensio 2015-ci ildən “Real Madrid”də çıxış edir. Hücumçu bu mövsüm La Liqada 9 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Hazırda Asensio İspaniya millisinin sərəncamındadır və 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında çıxış edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə