"Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm" - Lui van Qal

"Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm" - Lui van Qal

Futbol üzrə Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Portuqaliya yığmasını çalışdıra bilər. SİA “Goal” nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Portuqaliya yığmasına rəhbərlik edə biləcəyini bildirib: “Mən yenidən təqaüdə çıxdım. Lakin Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm. Deyə biləcəyim tək şey budur”.

Qeyd edək ki, Niderland millisi DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq turnirlə vidalaşıb. 71 yaşlı mütəxəssis həmin matçdan sonra baş məşqçi postunu tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə