Xavi Çempionlar Liqası haqqında danışıb

"Barsanın aşağı liqaya düşməsi təəssüf doğurur"
Xavi Çempionlar Liqası haqqında danışıb

Xavi “Barselona”nın Çempionlar Liqasını tərk etməsi ilə bağlı fikirlərini bölüşüb.

“Çempionlar Liqasından kənarlaşdırılmağımız təəssüf doğurur, amma inanmalı və mübarizəyə davam etməliyik. Heyətimiz bizə titullar uğrunda mübarizə aparmağa imkan verir, bu, mövsümün məqsədidir. Mən optimistəm və düşünürəm ki, biz buna qadirik. Biz ciddi səy göstərdik, məşhur rıçaqları işə saldıq, böyük bir ailə paltardəyişmə otağına toplandı.

Düşünürəm ki, biz özümüzü tənqid etməliyik. Futbol baxımından Çempionlar Liqası bizə təsir etdi, oyunu öldürmək imkanı var idi, bacarmadıq. Futbol səviyyəsində özümüzü tənqidi dəyərləndirməli və qrup mərhələsini adlamalıyıq.

Amma etiraf edim ki, Çempionlar Liqasında bizdə yetkinlik çatışmadı. Biz lazım olan anda daha səmərəli olmalıydıq. İlk hissədə “Bavariya”dan daha yaxşı idik, sonra bizi bitirdilər.

“İnter”lə evdə də anlar yaşadıq. Milanda da son dəqiqələrdə heç-heçə edə, ya da qalib gələ bilərdik. Bu, bizim səhvimizdir, yetkinlik və səmərəliliyin olmamasının nəticəsidir.

Xatırladaq ki, kataloniyalılar “Bavariya”, “İnter” və “Viktoriya” ilə qrup üçüncüsü olub. Komanda Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə