Argentina hakimiyyəti dünya çempionluğunun qeyd edilməsi mərasimində azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib. SİA yerli TN telekanalına istinadən xəbər verir ki, Argentina millisini daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli olub. Lakin çox sayda insan olduğundan, çox yavaş hərəkət edib. Şəhərə axın edən insan sayı artıq 5 milyona çatıb.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə kuboku qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB