Yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

2023-cü ilin yanvarından etibarən İtaliya A seriyasında yarımavtomatik ofsayd aşkarlama sistemindən istifadə olunacaq. SİA-nın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında bildirib.

O, bu sistemdən ilk olaraq yanvarın 27-də - çempionatın XX tur matçlarında yararlanacaqlarını söyləyib. Texnologiyanın ofsaydı ən dəqiq və sürətli aşkarlaması üçün stadionun perimetri ətrafında kameralar quraşdırılacaq.

Bundan daha əvvəl Qətərdə keçirilən dünya çempionatında istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə