Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
SİA Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.
Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb. Buna görə də "Turan Tovuz" 2 oyunun cəmində yarımfinala adlayıb.
Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşacaq. İlk oyunda "Zirə" qalib gəlib - 1:0. Qalib tərəf yarımfinalda "Turan Tovuz"la qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər cütü artıq məlumdur. Finala gedən yolda "Qəbələ" "Səbail"lə qarşılaşacaq.
20 dekabr (çərşənbə axşamı)
zərbaycan kuboku
1/4 final, cavab oyunları
19:00. “Neftçi” – “Zirə” - 2:0 (İkinci hissə)
Qol: Yeqor Boqomolski, 3, Emin Mahmudov, 45+1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
(“Bakcell Arena”)
İlk oyun - 0:1
14:00. “Turan Tovuz” – “Kəpəz” - 2:2
Qollar: Faiq Hacıyev, 15 (1:0), Xəyal Nəcəfov, 16 (2:0), Fərid Nəbiyev, 32 (2:1), 45+3 (2:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
(Tovuz şəhər stadionu)
İlk oyun - 2:1
19 dekabr
"Sabah" - "Səbail" - 0:1
İlk oyun - 2:3
"Qəbələ" - "Qarabağ" - 1:0
İlk oyun - 2:2
Azərbaycan kubokunda yarımfinal cütlükləri
19 və 27 aprel (2023-cü il)
"Qəbələ" - "Səbail"
"Turan Tovuz" - "Neftçi"/"Zirə"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB