“Nusr-Et” brendinin yardıcısı, türkiyəli iş adamı Nusret Gökçenin Qətərdə keçirilən dünya çempionatında çempionluq qazanan Argentinanın kapitanı Lionel Messi ilə şəkil çəkdirdiyi anlar sosial mediada gündəm olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, özünəməxsus “duz səpmə” hərəkəti ilə sosial medianın fenomeninə çevrilən Nusret final matçının son fiti səslənəndən sonra meydançaya enərək argentinalı futbolçuların yanına gedib, Dünya Kuboku ilə pozalar verib.
Başda Anhel Di Maria, Paulo Dibala, Nikolas Otamendi və Leandro Daniel Paredes olmaqla, demək olar ki, bütün komanda ilə şəkil çəkdirən Nusret nəhayət, turnirin qəhrəmanı Lionel Messiyə yaxınlaşıb.
Kubok mərasiminin diqqət mərkəzində olan və izdiham arasında təbrikləri qəbul edən argentinalı futbolçu ilə şəkil çəkdirmək istəyən Nusret ulduz futbolçunu rahat buraxmayıb. Onun israrlı bir şəkildə foto çəkdirmək istəməsi Messini narahat edib.
Argentinalı futbolçu bədən dili ilə onun qolundan çəkməsindən narahat olduğunu göstərib.
Buna baxmayaraq, Nusret israrını davam etdirib və bir neçə dəqiqədən sonra məqsədinə nail olub.
Onun daha sonra şəxsi instaqram hesabında paylaşdığı fotolar bir milyondan çox bəyənmə toplayıb.
Türkiyə mediası da öz növsəsində, Nusreti bu davranışına görə tənqid edib. Sosial şəbəkə istifadəçiləri isə onun orada nə gəzdiyini sual ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB