Messinin bu paylaşımı İnstaqramda rekord layk sayı yığdı

Messinin bu paylaşımı İnstaqramda rekord layk sayı yığdı

Argentina millisinin kapitanı Lionel Messi "İnstaqram"da yeni rekord qırıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun DÇ-2022-nin kubokunu başının üzərinə qaldırdığı şəkil 46 milyondan çox izləyici tərəfindən bəyənilib. Bu isə idmançıların paylaşdığı şəkillər arasında rekord sayda bəyənmədir.

Qeyd edək ki, bundan əvvəlki rekord Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya məxsus idi. Onun Messi ilə şahmat oynayarkən paylaşdığı şəkil 41 milyondan çox insan tərəfindən bəyənilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə