Fransanın şəhərlərində futbol azarkeşləri küçələrə axışıb

Fransanın şəhərlərində futbol azarkeşləri küçələrə axışıb

Dünya çempionatında məğlubiyyətə uğrayan Fransanın şəhərlərində futbol azarkeşləri küçələrə axışıb. SİA xəbər verir ki, bu barədə "La Figaro" nəşri məlumat yayıb.

Bildirilir ki, məğlubiyyətdən məyus olan fransızlar Paris, Nitsa, Bordo və Nant küçələrində polislə toqquşub.

Nitsada azarkeşlər polisə şüşə butulkalar atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.

Parisdəki Yelisey meydanında da toqquşma olduğu bildirilir. Fransanın digər şəhərlərindən çəkilmiş fotolarda polis maşınlarının yolları bağladığı görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə