Di Mariya bunu bacaran ilk futbolçudur

Di Mariya bunu bacaran ilk futbolçudur

Argentina millisinin üzvü Anhel Di Mariya rekorda imza atıb.

SİA-nın əldə etdiyi məlumata görə, DÇ-2022-nin finalında hazırda Fransa ilə keçirilən oyunda qol vurmaqla buna nail olub.

Di Mariya mundialın, Amerika kubokunun və Olimpiadanın finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kubokunun finalında Braziliya ilə oyunda (1:0) qələbə qolunu vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə