Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub. Federasiyadan SİA -ya verilən məlumata görə, turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib.

"Zirvə Astara BK" doğma azarkeşlər önündə paytaxt təmsilçisi "NTD BK"nı qəbul edib. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, XI turun matçları 21, 24 və 25 dekabrda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə