27 yaşlı qapıçı hazırda reytinq cədvəlində birinci yerdədir

Xorvatiyalı qapıçı Dominik Livakoviç Qətərdə keçirilən dünya çempionatında daha çox seyv edib.

SİA-nın əldə etdiyi məlumata görə, 27 yaşlı qapıçı hazırda reytinq cədvəlində birinci yerdədir. Livakoviçin hesabına cari çempionatın 7 görüşündə 25 zərbə əks olunub. Bu göstəriciyə görə o, uzun müddətdir liderlik edən Voyçex Şesnini iki dəfə üstələyib. Polşa millisinin qapıçısı turnirdə cəmi dörd oyun keçirib. Andris Noppert 5 matçda 18 seyvlə üçüncüdür.

Dünya çempionatının finalında bu gün Fransa və Argentina komandaları qarşılaşacaq. Bu komandaların qapıçıları - Hüqo Lloris və Emiliano Martinez, çox güman ki, reytinqin zirvəsindəki vəziyyəti dəyişməyəcəklər, çünki onların seyvlərinin sayı müvafiq olaraq 10 və 5-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə