PSJ klubu Messiyə yeni müqavilə təklif edəcək

PSJ klubu Messiyə yeni müqavilə təklif edəcək

PSJ klubu Argentina millisinin hücumçusu Lionel Messi ilə müqaviləni uzatmağa hazırlaşır. SİA xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Məlumata görə, Fransa klubu 2022-ci il dünya çempionatı başa çatdıqdan dərhal sonra argentinalıya yeni müqavilə təklif edəcək.

Messi PSJ-də 19 matçda 12 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu günlərdə o, Argentina millisinin finala yüksəldiyi dünya çempionatında iştirak edir.

Qeyd edək ki, Argentina və Fransa milli komandaları dekabrın 18-də Qətərdə keçirilən dünya çempionatının finalında qarşılaşacaqlar. Argentina ikiqat dünya çempionudur. Fransa həm də iki dəfə Dünya Kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə