Dünya çempionatının formatında dəyişiklik ediləcək

Dünya çempionatının formatında dəyişiklik ediləcək

2025-ci ildən futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik ediləcək. SİA xəbər verir ki, bunu FIFA-nın prezidenti Canni İnfantino deyib.

FIFA rəhbəri bildirib ki, çempionat yeni formatda keçiriləcək və 32 komanda iştirak edəcək: "Biz bu çempionatı milli komandaların iştirakı ilə keçirilən dünya kuboku yarışına bənzətmək istəyirik. Müxtəlif futbol konfederasiyalarından 4 komandanın mübarizə aparacağı Dünya Seriyası adlı dostluq turniri yaratmışıq. Qadın futbolçular arasında da klublararası dünya çempionatını keçirməyi planlaşdırırıq".

Qeyd edək ki, hazırda klublararası dünya çempionatı 6 komandanın iştirakı ilə təşkil olunur. Bunlar 5 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisidir.

Çempionatın son qalibi İngiltərənin “Çelsi” klubudur. Ən titullu komanda isə 4 dəfə çempion olan “Real Madrid”dir.

Bütün xəbərlər Facebook səhifəmizdə