Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa üzrə 2022-ci ilin ən yaxşı klublarının siyahısını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, 1-ci yerdə İngiltərə "Liverpul"udur. "Real" 2-ci (İspaniya), "Çelsi" isə (İngiltərə) 3-cüdür.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası reytinq tərtib edərkən 2021-ci il dekabrın 1-dən 2022-ci il noyabrın 30-dək olan dövrü nəzərə alıb.
2022-ci il üzrə Avropanın ən yaxşı klubları
1. "Liverpul" (İngiltərə)
2. "Real" (İspaniya)
3. "Çelsi" (İngiltərə)
4. "Mançester Siti" (İngiltərə)
5. "Benfika" (Portuqaliya)
6. "Leyptsiq" (Almaniya)
7. "Bavariya" (Almaniya)
8. "Portu" (Portuqaliya)
9. PSV (Niderland)
10. PSJ (Fransa)
11. "İnter" (İtaliya)
12. "Betis" (İspaniya)
13. "Napoli" (İtaliya)
14. "Reyncers" (Şotlandiya)
15. "Marsel" (Fransa)
16. "Ayntraxt" (Almaniya)
17. "AZ Alkmaar" (Niderland)
18. "Barselona" (İspaniya)
19. "Vilyarreal" (İspaniya)
20. "Srvena Zvezda" (Serbiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB