"Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı AÇIQLANIB

"Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı AÇIQLANIB

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb. SİA Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.

Qeyd edək ki, "Dördlər finalı" gələn il 14 - 18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə