Portuqaliya milli futbol komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının 1/4 final mərhələsində komandanın mübarizədən kənarlaşdırılmasından sonra baş məşqçi Fernando Santuşu istefaya göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə Futbol Federasiyasının (FPF) saytı məlumat yayıb.
Qeyd edək ki, 68 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilə qədərdi. Qeyd olunur ki, komandanın Qətərdəki turnirdə uğursuz çıxışından sonra tərəflər müqaviləyə vaxtından əvvəl xitam vermək barədə razılığa gəliblər. Futbol Federasiyası görülən işlərə görə məşqçiyə təşəkkür edib.
Xatırladaq ki, Santuş 2014-cü ilin sentyabrından Portuqaliya millisinə rəhbərlik edirdi. O, komandanı 2016 Avropa Çempionatında və 2019 Millətlər Liqasında qələbəyə aparmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB