"Azyaşlılar üçün biletlər 110 manatdan 480 manatadək təklif olunacaq"
“Biz Bakı Şəhər Halqası olaraq, möhtəşəm avtoidman yarışını Azərbaycan vətəndaşları üçün daha da əlçatan etmək istədik. Belə ki, həmvətənlərimiz və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcəklər”. SİA xəbər verir ki, bu sözləri BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev mətbuat konfransındakı açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq: “Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmədən faydalanmağa dəvət edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB