“Bakı sendromu artıq bütün dünyada azərkeşlərin ən sevdiyi termindi. Bu o deməkdir ki, hər il müxtəlif pilotlar qalib olur. Belə düşünürəm ki, bu il də Bakı sendromu davam edəcək”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında BŞH-nın milli mətbuat katibi Turab Teymurov bildirib.
Onun sözlərinə görə, bu bizim yarışımızı daha da maraqlı və unikal edir: “Eyni zamanda qeyd etmək istəyirəm ki, yarışın ilk 4 ilinin əsasında aparılan hesabat hazırlanmışdı. Bu hesabatda qeyd olunmuşdur ki, ölkəmizə birbaşa və dolayı yol ilə gələn gəlir 500 milyon dollardan çoxdur. Ölkəmizdə keçirilən sonuncu Formula 1 Azərbaycan Qran Prisi isə 60 milyondan çox izləyici tərəfindən izlənilib”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB