“28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 7-ci dəfə ev sahibliyi edəcək. Bu ilki yarışda ilk dəfə olaraq, paytaxt Bakıda azarkeşlərin həyəcanla izlədiyi F1 Sprint yarışı baş tutacaq”. Bu sözləri mətbuat konfransında BŞH-nın mətbuat katibi Turab Teymurov bildirib.
Onun sözlərinə görə, bu mövsüm ilk F1 Sprint yarışıdır və qürur hissi duyuruq ki, bu yarışın baş tutacağı altı ölkə arasında Vətənimiz də təmsil olunur: “Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB