2023-cü il Formula 1 üçün bilet satışına başlanılıb

2023-cü il Formula 1 üçün bilet satışına başlanılıb

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına başlanılıb. SİA xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) dekabrın 15-dən etibarən 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə ənənəvi olaraq “early bird” erkən bilet satışına start verir. İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə