Aksiya iştirakçıları dünya çempionatının yarımfinal oyununu izləyirlər - FOTOLAR
Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir. SİA-nın müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları və sülhməramlılar dünya çempionatının yarımfinal oyunu - Fransa-Mərakeş qarşılaşmasını birlikdə izləyirlər. Bunun üçün aksiya keçirilən ərazidə böyük monitor quraşdırılıb.
Xatırladaq ki, etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB