Antuan Qrizmann Fransa millisinin heyətində 116-cı oyununa çıxıb

Antuan Qrizmann Fransa millisinin heyətində 116-cı oyununa çıxıb

Antuan Qrizmann Fransa millisinin heyətində 116-cı oyununa çıxıb. SİA xəbər verir ki, futbolçu Qətərdə təşkil olunan dünya çempionatında Mərakeşlə yarımfinal matçında start heyətdə meydana daxil olub.

“Atletiko”nun 31 yaşlı hücumçusu bu göstərici ilə Marsel Desayi ilə beşinci pilləni bölüşür.

Fransa millisinin heyətində ən çox oyun keçirən futbolçu Uqo Lorisdir. Onun aktivində 144 matç var.

Hazırda Fransa-Mərakeş oyununda birinci hissə davam edir. Fransa millisi 1:0 hesabı ilə öndədir. Matçın 5-ci dəqiqəsində Teo Ernandes hesabı açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə