“Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan Qazaxıstan millisinin futbolçusu Nurali Alip icarə əsasında çıxış etdiyi Rusiyanın "Zenit" klubunda qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, Sankt-Peterburq təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer edib.
Onunla 2,5+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Nurali Alip bunadək müqavilə ilə Qazaxıstan “Kayrat”ına məxsus idi. O, cari ilin yanvarından icarə əsasında “Zenit”in formasını geyinirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB