“Neftçi” Antalyada dörd yoxlama oyununda gücünü sınayacaq

“Neftçi” Antalyada dörd yoxlama oyununda gücünü sınayacaq

Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. SİA kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi yanvarın 4-dən 20-dək Antalyada təlim-məşq toplanışı keçəcək.

Komanda Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, ayın 19-da isə “Srvena Zvezda” (Serbiya) klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə