Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında 25-ci oyununa çıxıb. SİA xəbər verir ki, Cənubi Amerika təmsilçisinin kapitanı Qətərdə keçirilən mundialın yarımfinal mərhələsində Xorvatiya ilə oyunda start heyətdə yer alıb.
Otuz beş yaşlı forvard Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteusun rekordunu yeniləyib. Hər iki futbolçunun aktivində dünya çempionatlarında 25 matç var.
Argentina-Xorvatiya matçında ilk hissə oynanılır və hesab açılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB